Rus hərbçiləri Suriyada Aralıq dənizi sahillərində yerləşən Hmeymim və Tartus hərbi bazalarında yerləşməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu haqda Rusiya Müdafiə naziri Sergey Şoyqu məlumat verib.
Qeyd edək ki, vətəndaş müharibəsinin yeddinci ilində Rusiyanın Suriyada qurduğu havadan müdafiə bazası kosmosdan görüntülənib. Aralıq dənizi sahilindəki Tartusla Həma arasında yerləşən və görüntülənən Masyafdakı bazada radarlar və silahlar var.