Ukrayna Daxili İşlər naziri Arsen Avakovun oğlu Aleksandr azadlığa buraxılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Kiyev məhkəməsi qərar verib.
Qərara əsasən, Avakovun pasportu da qaytarılıb və onun ölkəni tərk etməsinə icazə verilib.
Qeyd edək ki, Aleksandr Avakov korrupsiya ittihamı ilə həbs edilmişdi.