ABŞ prezidenti Donald Tramp “dərin dövlət”lə mübarizə çərçivəsində xüsusi kəşfiyyat şəbəkəsi yaratmağı planlaşdırır.
Teleqraf.com xəbər verir ki, “Ze Intercept” və “Nyusvik” nəşrlərinin iddialarına görə, adı hərbi cinayətlərdə hallanan “Qara su” (Black water) özəl təhlükəsizlik şirkətinin qurucusu Erik Prins yeni şəbəkənin rəhbər postuna gətiriləcək.
Şəbəkənin toplayacağı kəşfiyyat məlumatları təkcə prezident Donald Tramp və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Mayk Pompeoya təqdim olunacaq.
Ağ Ev və Milli Təhlükəsizlik Şurası gizli casus şəbəkəsi ilə bağlı hər hansı planın olmadığını, olsa belə dəstəklənməyəcəyini bəyan edib.
Trampın ən böyük donorlardan xüsusi kəşfiyyat təşkilatının əməliyyatlarını maliyyələşdirmək istənilib.
Kəşfiyyat şəbəkəsinin planına xüsusi casusların Şimali Koreya və İran kimi ölkələrdə məlumatlar toplaması, qlobal müstəvidə tanınan şübhəlilərin qaçırılması proqramı, Yaxın Şərqdə təbliğat kampaniyasının aparılması daxildir.