Səudiyyə Ərəbistanı korrupsiyaya qarşı mübarizə kampaniyası çərçivəsində saxlanılan 200 nəfərdən 23-nü azad edib.
Teleqraf.com “Röyter”ə istinadla xəbər verir ki, hökumətlə razılığa gələnlərin sərbəst buraxılacağı, özünü təqsirli bilməyənlərin isə mühakimə olunacağı bildirilir.
Azad olunacaq şəxslərin adları açıqlanmayıb. Varis şahzadə Məhəmmədin sərəncamı üzrə noyabrda aralarında 11 şahzadə olmaqla yüzlərlə nüfuzlu siyasətçi və biznesmen həbs edilib. Onlar “Ritz Carlton” mehmanxanasında saxlanılır.
Səudiyyə hakimiyyəti dövlətə vurulmuş zərərin əvəzinin ödənəcəyi təqdirdə onları azad edəcəyini bəyan edib.