Qarsda Türkiyə-Ermənistan sərhədini mühafizə edən zastavaya şəhid Mustafa Koçakın adı verilib.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, 2017-ci ilin sonuncu günü Qarsın Ərazi Tabur komandanı polkovnik Tolqa Üzüm, üçüncü bölüyün komandanı Erkan Zorlu və digər hərbçilər Türkiyə-Ermənistan sərhədinə gələrək burada keşik çəkən əsgərlərlə görüşüb, onların Yeni il bayramını təbrik edib.
Qeyd edək ki, Türkiyə-Ermənistan sərhədləri boyunca erməni tərəfi tikanlı sədlər çəksə də, Türkiyə tərəfində belə sədlər yoxdur.
Üstəlik, Ermənistanın Türkiyə ilə sərhəd zastavalarının hər birində Rusiya dövlət bayrağı Ermənistan bayrağından bir neçə metr yksəklikdə dalğalanır.
Türkiyənin sərhədlərini Ermənistandan mühafizə edən türk əsgərlərinin fotolarını təqdim edirik.