Əlverişsiz hava şəraiti üzündən Amsterdam hava limanından yerinə yetirilməli olan onlarla reys gecikir, 170-dən çox reys isə təxirə salınıb.
Teleqraf.com xəbər verir ki, “Sxipxol” hava limanında bu vəziyyətin yaranmasına güclü külək səbəb olub.
“Güclü külək bu gün ləngimələrə və reyslərin təxirə düşməsinə səbəb olub. Bu anadək 1,2 min reysdən 176-ı təxirə salınıb. Onlarıdan çoxu Avropaya istiqamətlənməli idi”, deyə aeroportun Tviterdəki səhifəsində qeyd olunub.
Qeyd edək ki, fırtına səbəbindən Niderlandda ağaclar qırılıb, evlərin dam örtükləri uçub.