ABŞ Prezidenti Donald Trampın qeyri-adi saç düzümünün sirri açılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı amerikalı jurnalist Maykl Vulf araşdırma aparıb.
Onun sözlərinə görə, Tramp uzun müddət saç tökülməsinə qarşı müalicə alıb:
“Trampın başının ortası keçəl olduğu üçün o bir müddət kremlərdən istifadə edərək saçını arxaya darayıb. Sonradan isə bu onda vərdiş halını alıb. Məsələni Trampın qızı İvanka da təsdiqləyib”.
Qeyd edək ki, Trampın saç düzümü uzun müddətdir müzakirə olunurdu. Bəziləri Trampın parikdən istifadə etdiyini iddia edib.