5 Yanvar 2018 10:54
7 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın “Bild” nəşri müxtəlif dövrlərdə yaşamış ekstrasens və cadugərlərin 2018-ci il üçün proqnozlarını dərc edib. Proqnozlarda bu ilin həm siyası, həm də iqtisadi baxından çox çətin keçəcəyi bildirilib.

Teleqraf.com xəbər verir ki, bir çoxları ekstrasenslərin fikrincə, bu il III Dünya müharibəsi qaçılmazdır.

XX əsrdəki bəzi hadisələri və hətta 1957-ci ilin iyulunda özünün öləcəyini dəqiq deyən bavariyalı ekstrasens Alois İrlmayer 2018-ci ildə dünya müharibəsinin baş verəcəyini yazmışdı. Onun fikrincə, bu müharibədən ən çox Qərbi Avropa ölkələri zərər görəcək. Ekstrtansens müharibə zamanı bakterioloji və kimyəvi silahlardan istifadə ediləcəyini bildirib.

Birinci və İkinci dünya müharibələrinin vaxtını dəqiq təxmin edən cadugər Myulxiazl kimi tanınan bavariyalı digər ekstrasens Matfey Lanq öz dövründə Üçüncü dünya müharibəsi ilə bağlı da fikirlərini söyləyib. O bildirib ki, bu müharibə 2017-2022-ci illər arasında başlayacaq.

Bu dövrün bir ilini biz artıq yaşamışıq. Ötən il Yaxın Şərq və Ukraynada gərgin vəziyyət yaşandı, ABŞ və Şimali Koreya arasındakı münasibətlərin gərginləşməsini də unutmaq olmaz.

Myulxiazlın sözlərinə görə, növbəti dünya müharibəsi zamanı milyonlarla insan öləcək, ancaq bu, uzun çəkməyəcək.

Bütün bunlarla yanaşı, rusiyalı ekstrasens, psixoloq və yazıçı Sergey Nikolayeviç Lazarevin sözlərini unutmaq olmaz. O deyirdi ki, bir çoxları dünyanın sonunun olmayacağını və öncəgörənlərin onları aldatdığını deyirlər:

“Apokalipsis bir neçə dəfə ola bilərdi. Ancaq insanlıq bunun qarşısını ala bildi. Dünya müharibəsi də belədir. İnanıram ki, Üçüncü dünya müharibəsindən qaçmaq üçün biz özümüzdə güc tapacağıq”.


Müəllif: Samir

Oxşar xəbərlər