ABŞ prezidenti Donald Tramp növbəti dəfə Tvitter mikrobloqunda saxta xəbərlərə münasibətdə özünü ölkənin 40-cı prezidenti Ronald Reyqanla müqayisə edib.
Teleqraf.com-un məlumatına görə, Tramp prezidentliyə namizəd olacağını elan etdiyi gündən saxta xəbərlərlə barışmağa məcbur olduğunu qeyd edib.
“İndi mən saxta, tamamilə etibardan düşmüş müəllif tərəfindən yazılmış kitabla barışmalıyam. Ronald Reyqan da eyni problemi yaşamışdı və onun öhdəsindən yaxşı gəlmişdi. Necə ki, mən öhdəsindən gələcəyəm!”, - deyə Tramp vurğulayıb.
Qeyd edək ki, Maykl Volf Trampın bir illik prezidentlik fəaliyyətindən bəhs edən "Atəş və Qəzəb: Tramp Ağ Evinin içindən" adlı kitab yazıb. Kitab böyük tirajla nəşr olunub və artıq satışa çıxarılıb.