Böyük Britaniya hökuməti Şimali Koreyanın 40 il əvvəl aldığı və yalnız 20 faizini ödədiyi borcunu silməkdən imtina edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı London hökuməti məlumat yayıb.
1972-ci ildə Britaniyaya məxsus GKN şirkəti Şimali Koreyada tikilən neft-kimya kompleksi üçün Pxenyana 7,86 milyon sterlinq avadanlıq göndərib. 2013-cü ildə Birləşmiş Krallığın Maliyyə İdarəsi göndərilən yardımın geri alınmasının qeyri-mümkünlüyünü əsas gətirərək, borcu silməklə bağlı qərar qəbul edib.