10 Yanvar 2018 15:07
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bu gün ikinci dəfə Ukrayna Baş Prokurorluğuna gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, prokurorluq binasına girməzdən əvvəl jurnalistlərə açıqlama verib:

"Mən dindirilmələrə gedirəm, lazımı sənədləri imzalayıram. Müntəzəm şəkildə məhkəmələrə çağırılıram”.

Bundan sonra, Saakaşvili ona qarşı irəli sürülən cinayətkar qruplaşmalarla əlaqə ittihamına görə dindirilmək üçün binaya daxil olub.

Qeyd edək ki, Saakaşvili bu gün səhər saatlarında Gürcüstanın tələbi ilə Ukrayna Baş Prokurorluğunda dindirilib.


Müəllif: Samir

Oxşar xəbərlər