Nigeriyada 135 insanın həyatına son qoyulub.
“BBC” xəbər verir ki, hadisəni “Boko Haram” radikal islam təşkilatının üzvləri törədiblər. Hadisə Nigeriyanın şərqində yerləşən Borno ştatında baş verib. Məlumata görə, yaraqlılar Nigeriya və Kamerun sərhədində yerləşən Amçaka və ona qonşu kəndlərə hücum edib. Hücum zamanı yaraqlılar yük maşınları və motosikllardan istifadə ediblər. Hücum zamanı 135 nəfər öldürülüb, yüzlərlə insan xəsarət alıb.
Qeyd edək ki, “Boko Haram” qruplaşması Nigeriyanın şimalında fəaliyyət göstərir. Qruplaşma üzvüləri bütün ölkədə şəriət qanunlarının bərqərar olmasını istəyir.