5 Avqust 2014 11:50
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin sanksiyaları Rusiyaya heç bir təsir göstərmir.

Bunu məşhur İsveş qəzeti Svenska Dagbladet yazır:

“Əgər Avropanı dinləsək elə hesab etmək olar ki, Russiya ağır zərbə alıb. Amma əslində bu Rusiya üçün sadəcə daha bir “sarı kart” oldu”.

Svenska Dagbladet qeyd edir ki, avropa ölkələrinin sanksiyaları iqtisadi sferada müəyyən çətinliklər yaratsa da bu Rusiya üçün o qədər ağır problem olmadı. Eyni zamanda qaz idxalı və silah eksportuna bu məhdudiyyətlər təsir etmədi.

Yazının müəllifi sanksiyaların effektivliyini şübhə altına alaraq qeyd edir ki, onların təsiri bəlkə də 3 ay sonra daha aydın hiss oluna bilər.

“Sanksiyalar yalnız bir şeydə effektlidir: qeyri müəyyanlik yaratmaqda” – deyə müəllif qeyd edir.

Ülviyyə


Müəllif:

Oxşar xəbərlər