23 Yanvar 2018 23:58
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq olduqca vacibdir.

Teleqraf.com xəbər verir ki, bunu Fransa prezidenti Emanuel Makron erməni həmkarı ilə görüşdən sonra jurnalistlərə deyib.

Makron bildirib ki, Fransa Rusiya və ABŞ-la birgə Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır:

"Fransa tərəflər arasında mübahisədə qərəzsiz vasitəçi missiyasına sadiqdir. Biz rusiyalı və amerikalı tərəfdaşlarımız ilə birgə bu münaqişənin həllinə yardım edə biləcək istənilən təşəbbüsə getməyə hazırıq".

"Mən bilirəm ki, sülhün təbliği son dərəcə çətindir və arzu edirəm ki, görüşlər konkret nəticə versin", - deyə Fransa prezidenti əlavə edib.


Müəllif: Teleqraf.com