İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumuna qatılan ABŞ prezidenti Donald Tramp çıxış edərkən zaldakıların etirazı ilə üzləşib.
Teleqraf.com xəbər verir ki, Dünya İqtisadi Forumunun qurucusu Klaus Şvabın suallarını cavablandıran Tramp bildirib ki, iş adamı olmaq onun üçün əla sınaq idi: "Mən hər zaman pul qazanmaq məsələsində yaxşı olmuşam. Prezident kimi hər zaman ABŞ-ı ön sıraya qoyuram. Amma öncə Amerika demək, təkcə Amerika demək deyil. ABŞ böyüyərsə, dünya da böyüyər. Amerikanın rifahı dünyada saysız-hesabsız iş yerinin açılması deməkdir. Çox sadə mesaj vermək üçün buradayam. ABŞ investisiya yatırmaq, inşaat işləri qurmaq üçün heç vaxt olmadığı qədər uyğun bir dönəmini yaşayır. Amerikanın qapıları iş adamlarının üzünə açıqdır".
Trampın "İş adamı olaraq mətbuat tərəfindən yaxşı qarşılandım. Siyasətçi olana qədər mətbuatın nə qədər pis, hücumçu və yalançı ola biləcəyini düşünməmişdim", sözləri zalda əyləşənlərin etirazına səbəb olub. İştirakçılar səslərini ucaldaraq Trampa etiraz ediblər.
<iframe frameborder="0" width="600" height="460" src="//www.dailymotion.com/embed/video/x6dqmb4" allowfullscreen allow="autoplay"></iframe>