30 Yanvar 2018 11:58
1 801
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın müxtəlif şəhərlərində qadınların məcburi hicaba qarşı sivil mübarizəsi gündən-günə genişlənir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, son günlər paytaxt Tehranda, İsfahan və Şirazda, eləcə də başqa şəhərlərdə onlarla qadın küçə və meydanlarda baş örtüklərini açaraq, totalitar molla rejiminin məcburi hicab siyasətinə öz etirazlarını bildiriblər. Qadınların məcburi hicaba qarşı dinc etirazı isə əksər kişilər və qadınlar tərəfindən dəstəklənib.

Xatırladaq ki, qadınların məcburi hicaba dinc etirazına 35 gün əvvəl start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı qadın Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşaraq vətəndaşlar tərəfindən dəstəklənib.


Müəllif: Samir

Oxşar xəbərlər