İranda hakim rejimə qarşı kütləvi xalq etirazları yenidən baş qaldırır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu gün ölkənin daha 6 şəhərində hakim rejimə qarşı etiraz aksiyaları keçirilib.
Yayılan məlumatlara əsasən, İranın Bəndər Abbas, Nəcəfabad, Ərak, Şiraz, Kirman və Qorqan şəhərlərində dinc etirazçılar küçələrə axışaraq, ölkənin molla rejiminə qarşı öz etirazlarını bildiriblər. Bəndər Abbas şəhərində etirazçılar “Diktatora ölüm” və “Ey qeyrətli iranlı, bizə qoşul, dəstək ver” şüarları səsləndirərək “zülmkar hakimiyyətə” qarşı kəskin çıxışlar ediblər.
Onlarla aksiyaçının tutulduğu bildirilir.