Türkiyə Silahlı Qüvvələrinin Afrində apardığı “Zeytun budağı” əməliyyatının 12-ci günündə Azad Suriya Ordusu Kastel Cündo kəndini PKK-nın Suriya qolu YPG-dən təmizləyib.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, YPG-nin nəzarətindəki bir çox strateji bölgəni ələ keçirən Azad Suriya Ordusunun hərbçiləri Kastel Cündo kəndində qarşıdurma zamanı iki terrorçunu girov götürüb. Terrorçuların azyaşlı olduğu bildirilir.