İsrailin cənub sərhədində divar hörülməsinə qarşı olduqlarını deyən livanlı general Hişam Caber rəsmi Təl-Əvivi hərbi və diplomatik üsullardan istifadə edə biləcəkləri ilə təhdid edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Caber Livan limanlarını rus gəmiləri üçün aça biləcəklərini söyləyib. Onun sözlərinə görə, İsraillə hər hansı qarşıdurma müzakirə mövzusu deyil: “Biz torpaqlarımızı qorumaqla məşğuluq. Lazım gələrsə, Livan İsrailin fəaliyyətinə qarşı həm hərbi, həm də diplomaik yollarla qarşılıq verəcək. İsrail bu səbəbdən neft və qazla zəngin olan ziddiyyətli sahil zonaları üçün bir platforma yaratmır. İsrail “Hizbullah”ın raketlərindən qorxur”.
General uzun zamandır hərbi sahədə yardım təklifi edən Rusiya ilə əməkdaşlığın genişlənəcəyini söyləyib. O, Livanın hava və dəniz limanlarını Rusiyanın üzünə açacaqlarına işarə edib.
Xatırladaq ki, iki ölkə arasında 860 kvadrat kilometrlik ərazi ilə bağlı anlaşılmazlıq var. Hər iki ölkə əraziyə iddialıdır.
İsrail Livan tərəfinin etirazına rəğmən iki ölkə sərhəddində divar hörülməsi prosesini davam etdirir.