Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Polşaya ekstradisiya edilə bilər.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Saakaşvili "Rustavi 2" telekanalına müsahibəsində məlumat verib.
O bildirib ki, Ukrayna Baş Prokurorluğunda buna hazırlıq gedir: "Mənim Gürcüstana ekstradisiyam kütləvi etirazlara səbəb olacaq. Ona görə də Kiyev rəhbərliyi küçəyə axışan 60 min insandan qorxaraq, məni Polşaya ekstradisiya edəcək".
Sabiq prezident Gürcüstandakı tərəfdarlarına da səslənib:
"Bir zamanlar rəhbərlik etdiyim Vahid Milli Hərəkat Partiyasına səslənirəm. Digər müxalifət partiyaları ilə birləşin və seçkilərə vahid namizədlə qatılın".