15 Fevral 2018 09:30
4 301

1963-1967-ci illərdə Kanadanın müdafiə naziri vəzifəsini icra edən 94 yaşlı Pol Xellayer yadplanetlilərlə bağlı bəzi suallara aydınlıq gətirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, yadplanetlilərin uzun müddətdir Yeri nəzarətdə saxladığını və super güclərin onlara təzim etdiyi bildirib.

Sabiq nazir buna səbəb kimi liderlərin hakimiyyətdə qalmaq və yadplanetlilərlə münaqişədən qaçmaq istəklərini göstərib.

Xellayerin fikrincə, hazırda Yerdəki həyatı yadplanetlilər idarə edir. Onun sözlərinə görə, yadplanetlilər qeyri-adi, sehrli gücə sahibdir: “Onlar istədiyi anda müharibə başlada, xalqları münaqişəyə cəlb edə və onları qorxu altında saxlaya bilər. Terrorçuluq, iqlim dəyişikliyi, aclıq, epidemiya və bu kimi şeylər həmin güclərin işidir.

Onlar alimlərə ilqim dəyişikliyini idarə etmək üçün qurğu hazırlaya, tibbin və texnologiyanın sürətlə inşafına əngəl törədə bilirlər. Bütün bunlar yadplanetlilərin idarə etdiyi İllüminatlar tərəfindən insanlara çatdırılır”.

Bir çoxları sabiq nazirin bu iddialarını yalan adlandırır.

Qeyd edək ki, İlüminatlar (lat. Illuminatii - ziyalılar, biliklilər və s.) — 1776-cı ildə Almaniyanın İngolstadt şəhərində kabbalistik hüquqşunas Adam Veispaut və Baron von Knigge tərəfindən yaradılan gizli təşkilatdır. İlluminati İngilis dilində "Aydınlanmış olanlar" mənasını verir.


Müəllif: Samir