İran hökuməti milli valyuta olan rialın dəyərini saxlamaq üçün hərəkətə keçib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla əlaqədar ölkədəki valyuta dəyişmə məntəqələrini qapadıb.
Bundan başqa, İran polisi həmin məntəqələrin rəhbərlərini də saxlayıb.
Bununla bağlı İran Silahlı Qüvvələrinin komandiri Hüseyn Rəhimi açıqlama verib. O bildirib ki, saxlanılanların sayı 90 nəfərdir.
İran televiziyazının xəbərinə görə, dünən İran rialı dollar qarşısında 50 faiz dəyər itirib.