12:00
Hollandiya Türkiyə ilə münasibətləri gərginləşdirməkdə davam edir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ötən həftə Ankaradan səfirini geri çağıran Hollandiya parlamentində “erməni soyqırımı” ilə bağlı müzakirələr başlanıb.
Hakimiyyətin koalisiya ortağı olan Xristian Birliyi Partiyasının hazırladığı qanun layihəsinə 3 partiyanın da dəstək verdiyi bildirilib. Bu isə layihənin qəbul ediləcəyi anlamına gəlir.
Layihə qəbul edilsə, Hollandiya hökuməti aprelin 24-də İrəvana ilk dəfə “erməni soyqırımı”nı anmaq üçün nazir səviyyəsində nümayəndə heyəti göndərəcək.
Qeyd edək ki, ötən il mart ayında türk nazirlərin Hollandiyada keçiriləcək iclasına icazə verilməmiş, nəticədə iki ölkə arasında gərginlik yaşanmışdı. Hadisədən sonra Hollandiyanın Ankaradakı səfirinin ölkəyə buraxılmayacağı bildirilmişdi.
***
Hollandiya parlamentinin aşağı palatası “erməni soyqırımı” ilə bağlı 2 qətnamə qəbul edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, birinci qətnamədə “erməni soyqırımı”nın tanınması, ikincində isə Hollandiya Xarici İşlər nazirinin apreldə “soyqırım”ın ildönümdə İrəvana səfəri nəzərdə tutulub.