23 Fevral 2018 19:49
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası (AES) ətrafında mübahisələr durmaq bilmir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, region ölkələri Metsamor AES-in fəaliyyətinin dayandırılmasının vacibliyini bildirirlər.

Bəzi ekspertlərin fikrincə, stansiyada qəza bütün Cənubi Qafqaz regionunu əhatə edə bilər.

AES-in fəaliyyətinin dayandırılmasını Avropa Birliyi də tələb edir. Bununla bağlı 2017-ci ilin noyabrında Brüssel ilə İrəvan arasında xüsusi razılaşma da imzalanıb.

Razılaşmaya əsasən, Ermənistan atom elektrik stansiyasının bağlanması üçün cədvəl hazırlamağı öhdəsinə götürüb.

Xatırladaq ki, Metsamor AES 2015-ci ildə istifadə müddətini başa vurub. Stansiya İrəvandan 28 kilometr aralıda yerləşir.


Müəllif: Samir