ABŞ Prezidenti Donald Tramp barəsində aparılan Rusiya istintaqı ilə bağlı yazılan bütün gizli sənədlər yayımlanacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ Nümayəndələr Palatasınının Kəşfiyyat Komitəsi qərar qəbul edib.
Ağ Evin sözcüsü Don Makkanın bu məlumatların ictimaiyyətə açıqlanması üçün vaxt istəməsinə baxmayaraq, komitə bununla bağlı son qərarını verib.
Sənədlərin ictimaiyyətə açıqlanmasında səbəb istintaqın gedişi ilə bağlı ABŞ xalqını tam məlumatlandırmaqdır.
Qeyd edək ki, Rusiya istintaqı ilə əlaqədar ABŞ-da 13 rRusiya vətəndaşı və 3 rus şirkətinə qarşı ittiham irəli sürülüb.