ABŞ ordusunun İraqa hücumu strateji səhv olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın Liviya və Küveytdəki sabiq səfiri Debor Cons deyib.
O bildirib ki, bunu XXI əsrin ən böyük strateji səhvi adlandırmaq olar:
“Bu sözlərimi bir çoxları təsdiqləyə bilər. ABŞ-a qarşı hər bir terror və ya hərbi hücum Amerika doktrinasının dəyişdirilməsinə səbəb olur. Bu məsələdə ironiya ondan ibarətdir ki, Dövlət Departamentinin hərbi üzvləri olan generallar Kolin Pauel və Riçard Armitic İraqa hücuma qarşı idilər. Pentaqon rəhbəri isə hücumu dəstəkləyirdi”.