Türkiyə Silahlı Qüvvələrinin Afrində uğurlu əməliyyatları PKK liderlərini qəzəbləndirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, terrorçular Afrin döyüşlərinə qatılmaq istəməyən silahdaşlarını edam edib.
Məlumata görə, bu gün 30-dan çox terrorçu edam olunub.
Bu arada PKK-nın bölgə üzrə nümayəndəsi Cemil Bayık Hüseyn Qabaq adlı terrorçunu Afrindəki qüvvələrə rəhbər təyin edib.