Türkiyə-ABŞ arasında olan gərginlik martın 8-də Vaşinqtonda müzakirə ediləcək. Tərəflər Suriyadakı hərbi əməliyyatlarla bağlı məsləhətləşmələr aparacaq.
Teleqraf.com xəbər verir ki, Pentaqon Türkiyəni Afrində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatını ABŞ-la məsləhətləşməyi təklif edib. Eyni zamanda qeyd olunub ki, bu əməliyyat ABŞ-ın Suriyada İŞİD-ə qarşı mübarizəsinə mənfi təsir göstərir. Guya əməliyyatlar başlayandan sonra İŞİD-ə qarşı mübarizə aparmalı olan kürdlər Afrini qorumaq üçün ABŞ-ın dəstəklədiyi koalisiyadan ayrılıblar.
Türkiyə ABŞ-ı PYD terror təşkilatını silahlandırmaqda ittiham edir. Münasibətlərdəki gərginliyin aradan qaldırılması üçün ABŞ rəsmiləri müntəzəm olaraq Türkiyə ilə danışıqlar aparırlar.