28 Fevral 2018 14:39
1 570
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyaları tətbiq etsə, Moskva cavab tədbirləri həyata keçirəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

O bildirib ki, cavab tədbirləri müxtəlif formada ola bilər:

“Bütün bu tədbirlər Amerika tərəfinin gücsüzlüyünü və bacarıqszılığını göstərir. Onlar qəbul etdikləri qərarların əsirinə çevriliblər”.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi yaxın 30 gündə Rusiyaya yeni sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.


Müəllif: Samir

Oxşar xəbərlər