Əfqanıstanın paytaxtı Kabildə NATO-ya məxsus avtomobil karvanına hücum olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Nəcib Daniş açıqlama verib.
O bildirib ki, hücum zamanı 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.