9 Mart 2018 02:16
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naməlum şəxs Rusiyanın ABŞ-dakı səfirliyinin ərazisinə soxulmaq istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə RT-yə diplomatik nümayəndəlikdən bildrilib.

Məlumata görə, hadisə cümə axşamına keçən gecə baş verib. Səfirliyin mətbuat katibi Nikolay Laxonin bildirib ki, həmin şəxs ABŞ vətəndaşıdır. O, quldur kimi səfirliyin ərazisinə daxil olmaq istəyib.

Həmin şəxs saxlanılıb və yerli orqanlara təhvil verilib. (Report)


Müəllif: Teleqraf.com