Donetsk vilayətinin Yenakiyevo rayonunda cümə axşamı MiQ-29 Ukrayna təyyarəsi vurulub.
Trend İTAR-TASS agentliyinə istinadən bu barədə cümə axşamı "Ukrainskaya pravda" qəzeti məlumat verir.
"Təxminən yarım saat əvvəl Yenakiyevo rayonu üzərində bizim təyyarəmiz vurulub, - Antiterror təşkilatının mətbuat xidmətinin rəhbəri Vladislav Seleznyov bildirib. Çox güman ki, "Buk" zenit-raket kompleksindən atəş açılıb".
Onun sözlərinə görə, təyyarəçi sağ qalıb. Hazırda axtarış-xilasetmə əməliyyatı keçirilir.
Avqustun 2 Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının nümayəndəsi Andrey Lısenko bəyan edib ki, könüllülər Ukraynanın pilotsuz təyyarəsini vurublar. Onun sözlərinə görə, təyyarənin vurulmasında "Buk-1M" zenit kompleksi istifadə olunub.