Türkiyənin Kilis şəhərində Türk Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatında iştirak edən T-129 ATAK helikopteri nümayiş etdirilib.
Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, Quru Qüvvələri Komandanlığının inventarında olan milli ATAK helikopteri 2,5 saat havada qalmaq imkanına malikdir və verilən tapşırıqları uğurla yerinə yetirə bilir. ATAK 5 başlıqlı atəş sistemi, manevr qabiliyyəti və çevikliyi ilə bənzər vertolyotlardan seçilir.
Hücumçu vertolyot həm alçaq, həm də yüksək sahədə güclü mühərrikləri sayəsində sürətli manevr imkanı ilə diqqət çəkir. 20 millimetrlik 3 barrel top, 70 millimetr 2.75 düymlük raket, lazerli gövdəyə malik ATAK uzunməsafəli tank əleyhinə silah kimi istifadə edilir.