12 Mart 2018 17:05
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp müəllimlərin silahlandırılması ilə bağlı yeni açıqlama verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, müəllimlərin silahlandırılması ilə yanaşı, tez-tez silah təlimlərində iştirak edəcəklərini bildirib.

Ağ Evdə çıxışı zamanı o, yeni layihədə silah əldə edə biləcək şəxslərin yaş məhdudiyyətinin 18-dən 21-ə qaldırılmasının nəzərdə tutulduğunu deyib.

Qeyd edək ki, fevralın 14-də ABŞ-ın Florida ştatında yeniyetmənin məktəbə hücumu nəticəsində 17 nəfər həlak olmuşdu.


Müəllif: Samir

Oxşar xəbərlər