ABŞ Prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan azad edilməsini istədiyi amerikalı rahib Endryu Krayiq Brunsonun işi məhkəməyə göndərilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, istintaq prosesində Brunsona ömürlük həbs cəzası verilməsi təklif olunub.
Məhkəmə iddianaməni qəbul etsə, Brunson Fətullahçı terror təşkilatına üzv olma maddəsi ilə mühakimə olunacaq.