Çinə məxsus “Tianqonq-1” kosmik stansiyası yaxın vaxtlarda Yerə doğru hərəkət edəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 2011-ci ildə orbitə buraxılan və 2016-cı ildə nəzarətdən çıxan stansiyanın Yerə düşməsi çox ciddi təhlükə yarada bilər.
İlkin hesablamalara görə, hadisə 29 mart-9 aprel aralığında baş verəcək.
Kosmik stansiyanın hara düşəcəyi heç kimə məlum deyil.