15 Mart 2018 10:19
1 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Baş naziri Tereza Mey ilə Kanadanın Baş naziri Castin Tryudo arasında telefon danışığı olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, telefon danışığı zamanı İngiltərədə sabiq rus casusu Sergey Skripal və qızı Yuliyaya qarşı törədilən kimyəvi hücum müzakirə edilib.

Tərəflər bu məsələdə Rusiyanın məsuliyyətə cəlb olunmasının vacibliyi ilə bağlı birgə bəyanat yayıblar.

Mey kanadalı həmkarına dəstəyə görə təşəkkür edib.

Qeyd edək ki, Tereza Mey dünən Britaniyanın Rusiya ilə ikitərəfli əlaqələri kəsdiyini bildirib:

“London Moskva ilə əlaqələri kəsməkdə maraqlı deyil. Ancaq İngiltərədə sabiq rus casusu Sergey Skripal və qızı Yuliyaya qarşı törədilən kimyəvi hücumdan sonra Rusiya ilə əlaqələrimiz əvvəlki səviyyədə olmayacaq”.

Mey əlavə edib ki, Britaniya 23 rus diplomatını deportasiya edəcək: “Onlar qeydə alınmayan casuslardır və həmin şəxslərin Britaniyanı tərk etməsi üçün bir həftə vaxtları var”.


Müəllif: Samir

Oxşar xəbərlər