Antarktikadakı Qanlı şəlalənin arxasındakı sirr çözülüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, səyahət üçün ən maraqlı yerlərdən biri sayılan Qanlı şəlalə Şərqi Antarktikada Teylor buzlağından çıxaraq quru Mak-Medro dərəsinə axır.
Bu şəlalə parlaq qırmızı rəngdədir. Şəlalənin adı da rəngi ilə əlaqədardır.
Şəlalə ilk dəfə 1911-ci ildə avstraliyalı Tomas Teylor tərəfindən kəşf edilib.
O vaxtlar alimlərin gəldiyi qənaətə görə, suyun rənginin qırmızı olması onun içində yaşayan mikroskopik qırmızı yosunlarla əlaqəli idi.
Alyaska Universitetinin feyrbanklı alimləri, tədqiqatçılar illər sonra araşdırmalar nəticəsində müxtəlif nəzəriyyələr irəli sürüblər.
Keçən il tədqiqatçılar bildirmişdi ki, bu yerdə 1,5 milyon il oksidləşmədən sonra qırmızı su ortaya çıxıb.
Bu minerallaşmış suyun tərkibində yüksək faizli dəmir var və o, hava ilə reaksiyaya girəndə dəmir qızarmağa başlayır. Bu da suyun rəngini qırmızıya boyayır.
Kiçik mikroblar Teylor buzlağında yaşaya biləcək yeganə canlılar hesab olunur. Buna baxmayaraq, turistlər buranı ziyarət edirlər.
Qanlı şəlaləyə getməyin yeganə yolu ABŞ-dan Mak-Medro stansiyasına vertolyotla, Yeni Zelandiyanın Skot Bazası və ya Ross dəniz yolu vasitəsilə mümkündür.