Norveçin qaçqınlar üzrə naziri vəzifəsinə gətirilən Per Sandberq miqrantlardan birinə yumruq atıb.
Teleqraf.com xəbər verir ki, nazir vəzifəsinə gətirilən Sandberq 1997-ci ildə Yuqoslaviyadan olan qaçqına yumruq atdığına görə məhkəmə tərəfindən 400 avro cərimə edilibmiş.
Xatırladaq ki, bu ölkənin sabiq qaçqınlar üzrə naziri Silvi Listhauq Əl-Qaida terror təşkilatının Eş-Sebab şəbəkəsinin bir nümayəndəsi ilə fotosunu sosial şəbəkədə paylaşdığı səbəbindən istefaya göndərilib.