İstanbulda Novruz bayramı ilə bağlı keçirilən mərasimlərdə PKK terror təşkilatını təbliğ edən 28 nəfər həbs edilib.
Teleqraf.com xəbər verir ki, İstanbulun Bakırköy bazarı ərazisində martın 21-də Novruz bayramını qeyd etmək üçün toplanan insanlar arasından 73 nəfər saxlanılaraq Terrorla Mübarizə Şöbəsinə göndərilib. Aparılan araşdırmadan sonra saxlanılan şəxslər İstanbul Məhkəməsinə göndərilib.
Mühakimə olunan şübhəlilərdən 28-nin barəsində həbs qəti imkan tədbiri seçilib. 45 nəfər isə sərbəst buraxılıb.