Meksikanın cənubundakı Verakruz şəhərində La Toma həbsxanasında baş verən üsyanı yatırmaq üçün keçirilən əməliyyat zamanı 7 polis ölüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, polislər həbsxanaya daxil olanda üsyan qaldıran bir qrup məhkum yastıqları yandıraraq dülgər alətləri ilə hücuma keçiblər.
İlkin araşdırmalara görə, 7 polis öldürülüb, ən azı 10 məhkum yaralanıb. Polislərin yanğının tüstüsündən zəhərləndikləri ehtimal edilir.
Təxminən 300 məhbusun cəza çəkdiyi La Toma həbsxanasında martın 31-də axşam saatlarında həbsxana müdirinin istefası tələbi ilə başladılan üsyan təhlükəsizlik güclərinin müdaxiləsi ilə ötən gün səhər saatlarında yatırılıb.