Səudiyyə Ərəbistanında kazino oyunlarına icazə verilməsi müsəlman aləmində ciddi narazılıqlara səbəb olub.
Teleqraf.com xəbər verir ki, son zamanlar Səudiyyə Ərəbistanında aparılan islahatlar kinoteatrların, kazino salonunun açılması ilə davam edib.
Ciddə şəhərində 4 min nəfər kazino zalına gedərək qumar oynayıb. Bu, ölkədə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə olay müqəddəs torpaqlarda şeytan oyununun oynanılması kimi şərh edilir. Müsəlman dünyasından da vəhhabiyin hakim olduğu ölkəyə qarşı sərt reaksiyalar verilib.