11 Aprel 2018 17:52
2 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Redditte sosial paylaşım platformasında ABŞ-ın sabiq dövlət katibi Hillari Klintona aid olduğu iddia edilən porno-video yayımlanıb.

Teleqraf.com NBC televiziyasına istinadla xəbər verir ki, videonu sosial şəbəkəyə yükləyən şəxs Rusiya İnternet Araşdırma Agentliyi ilə əlaqəli şəxsdir.

Hillari Klintona aid olduğu iddia edilən videonu Rubinjer adlı şəxs yerləşdirib. Sosial şəbəkədə 100 min insan bu paylaşımı bəyənib. Video paylaşıldıqdan sonra isə həmin şəxsin hesabı qapanıb.

Rusiya İnternet Araşdırma Agentliyinin sabiq əməkdaşı Alan Baskayev deyib ki, ötən il Rusiyadakı “trol ordusu” Klintona aid “porno” hazırlayıblarmış.

Sözügedən paylaşımda Klintona bənzəyən xanımla ağbəniz şəxsin otel nömrəsində söhbəti təqdim olunur.


Müəllif: Cavad

Oxşar xəbərlər