13 Aprel 2018 14:34
2 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail İranı Suriya ilə səhv salmamalıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri İranın Ali Dini liderinin nümayəndəsi Əli Şirazi jurnalistlərə açıqlamasında deyib:

“Əgər İsrail mövcud olmaq istəyirsə, axmaq addımlar atmaqdan əl çəkməli, davranışlarına fikir verməlidir. Onlar İranın əlinə bir bəhanə versələr, Tel-Əviv və Hayfa yerlə yeksan ediləcək”.

Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu aprelin 11-də Holokost qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində çıxış edərək, ölkəsinə qarşı mümkün hücumla bağlı İrana kəskin xəbərdarlıq edib.


Müəllif: Samir

Oxşar xəbərlər