29 Aprel 2018 13:05
2 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:05

“RİA Novosti xəbər verir ki, mitinqçilər avtomobillərlə dövrə vurur, siqnal verir, avtomobillərin pəncərələrindən Ermənistanın dövlət bayrağını dalğalandırırlar. Bir neçə yüz müxalifətçi piyada keçidlərinin üzərində dayanaraq avtomobillərin hərəkətinə imkan vermirlər. Bundan əlavə, İrəvanın mərkəzi meydanının ətrafındakı küçələr bağlanıb.

Ermənistan paytaxtının mərkəzində sayı o qədər də çox olmayan polislər var, onlar etirazçılara mane olmurlar.

Bundan başqa “Eritasardakan” (“Gənclik”) metro stansiyasının yanından etirazçı kütlə İrəvan Dövlət Universitetinə doğru yürüş edir. Etirazçı kütləyə əsasən tələbələr daxildir. Ağ xalat geyinən tələbələr yürüşün önündə gedirlər. İştirakçılar parlamentdə çoxluqda olan Respublika Partiyasının əleyhinə şüarlar söyləyirlər. Onlar dövlət universitetinin, daha sonra tibb, aqrar və politexnik universitetinin önündən keçməklə yürüşü “Fransa” meydanında başa çatdırmağı planlaşdırırlar. İrəvan vaxtı ilə saat 16:00-da etirazçıların lideri Nikol Paşinyan da tərəfdarları ilə bura gələcək. Daha sonra onlar “Respublika” meydanına doğru yürüş edib saat 18:00-da mitinq keçirəcəklər.

12:30

Bu gün Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyalarının növbəti dalğası start götürüb.

Teleqraf.com xəbər verir ki, müxalifətçilər “Respublika” meydanında doğru gedən yolu bağlayıb. Nəqliyyatın hərəkəti çətinləşib.


Müəllif: Səxavət

Oxşar xəbərlər