30 Aprel 2018 20:39
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan və Ermənistan arasında yeni körpü tikintisinə başlanılıb.

Teleqraf.com xəbər verir ki, “Dostluq” adlanan körpünün hansı şirkət tərəfindən tikiləcəyi də artıq məlum olub.

Körpü Baqrataşen-Sadaxlı sərhəd qəsəbəsi ərazisində, Debed çayı üzərində qurulacaq. Bunun üçün Avropa Yenidənqurma və İnkişaf Bankı Gürcüstana 6 milyon avro məbləğində kredit ayırıb. Kreditin 50%-i Gürcüstana, 50%-i isə Ermənistana veriləcək.

Qeyd edək ki, körpünün tikintisinə dair saziş bu ilin yanvarında Yerevanda imzalanıb. Bildirilib ki, tikinti İran şirkətləri tərəfindən aparılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər