17 May 2018 22:25
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyada Azadlıq Partiyasının sədri, İslamafob çıxışları ilə tanınan Geert Vilders müsəlmanlara qarşı təxribat xarakterli növbəti qərarını verib.

Teleqraf.com xəbər verir ki, o, parlamentdə Məhəmməd Peyğəmbərin karikaturalarını sərgiləyəcəyini bəyan edib.

Bununla bağlı o, müsabiqə elan edib. Qalibə 5 min avro mükafat veriləcək.

İrqçi siyasətçi müsabiqəni təhlükəsizlik məqsədi ilə parlament binasında keçirəcəyini deyib.

Vilders qeyd edib ki, İslama qarşı fikir azadlığı təzyiq altındadır: "Bunu heç zaman qəbul etməyəcəyik. Müsabiqəni əvvəllər müsəlman olmuş məşhur karikaturaçı Boç Favstin ilə birlikdə təşkil edəcəyik".

Vildersin bu açıqlaması Hollandiyada narazılıqla qarşılanıb. Bir çıx deputat partiya sədrini müsəlmanlara qarşı təxribat törətməkdə ittiham edib.


Müəllif: Teleqraf.com