23 May 2018 18:39
2 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filippinin baş naziri Rodriqo Duterte ölkəsinin Çinlə müharibəyə girəcək qədər güclü olmadığını etiraf edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, o, belə bir müharibənin Filippinə baha başa gələcəyini bildirib:
“Çinə qarşı müharibəyə başlamaq üçün gücümüz yoxdur. Belə bir müharibə Filippin Silahlı Qüvvələrinin məhvi demək olacaq. Qəbul etsək də, etməsək də həqiqət budur”.

Qeyd edək ki, Çin Silahlı Qüvvələrinin Filippinə məxsus qırıcı təyyarəsini vurması Cənubi Çin dənizində vəziyyəti gərginləşdirmişdi.

Xatırladaq ki, Cənubi Çin dənizinə Çin və Filippinlə yanaşı, bölgə dövlətlərindən Vyetnam, Malayziya, Bruney və Tayvan da iddia edir.

1947-ci ildən başlayan münaqişə region ölkələrini üz-üzə qoyub.


Müəllif: Mənsur Rəğbətoğlu