29 Aprel 20:38
3 854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynadakı müharibəni mayın 9-dək dayandırmağı planlaşdırırdı, çünki Kiyevin ABŞ-nin köməyi olmadan salamat qala bilməyəcəyinə inanırdı.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musiyenko deyib.

“Rusiya özünə güvənən ölkədir. Amma müharibədən əvvəl Ukraynanı da düzgün qiymət verilmədi. Ukraynanın müdafiə xəttinin qışda dağılacağını gözləyirdilər. Mayın 9-dək təkcə Çasiv Yar yox, bütün Donetsk və Dnepropetrovsk vilayətlərini ələ keçirəcəklərini düşünürdülər”, - ekspert bildirib.

Musiyenko əlavə edib ki, Rusiya iki məsələdə səhv hesablama aparıb:

“Birincisi, Ukraynanın strategiyası işə yaradı, söhbət öz imkanlarını gizlətməkdən gedir. İkincisi, ABŞ-nin yardım etməyəcəyinə ümid edirdilər, amma Avropadan yardım olacağını gözləmirdilər. Düşünürdülər ki, Avropa Birliyi ABŞ-yə baxaraq yardımı gecikdirəcək. Ehtimalları bu idi ki, müharibə bu durumda barışıqla bitəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər