ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidana Yaxın Şərqdə gərginliyin daha da artmasının qəbuledilməz olduğunu deyib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Blinken və Fidan arasında Ər-Riyaddakı görüşü şərh edərkən bildirib.
Miller bildirib ki, tərəflər girovların azad edilməsinə və təcili atəşkəsə yönəlmiş səyləri müzakirə ediblər. Eyni zamanda, Blinken Qəzza zolağında hərbi əməliyyatların davam etməsinə görə HƏMAS-ın məsuliyyət daşıdığını bildirib.
Fidan və Blinken bölgədə davamlı sülhün təmin olunması, o cümlədən tamhüquqlu Fələstin dövlətinin yaradılması yolu ilə davam edən səyləri nəzərdən keçiriblər.
A.Blinken aprelin 29-da Yaxın Şərq turunun ilk dayanacağı olan Səudiyyə Ərəbistanına səfər edib. Bu həftə Amerika diplomatiyasının rəhbəri İsrail və İordaniyaya da gedəcək.